Son bir ayda marşurut avtobuslardan 50 milyon dəfə istifadə olunub - VİDEO

“Ötən ay paytaxtda müntəzəm marşrut xətləri üzrə avtobusların avtobusların “BakıKarta” inteqrasiyası davam etdirilib. Ay ərzində daha 5 marşrut xəttində gediş haqqının BakıKartla ödənişi təmin edilib.”
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi tərəfindən oktyabr ayı ərzində sərnişindaşıma, yol hərəkətinin təşkili və nəqliyyat infrastrukturu sahəsində görülən işlərin hesabatında bildirilir. Qeyd olunur ki, marşrut şəbəkəsində dövriyənin 49 %-i şəffaflaşdırılıb. Vətəndaş müraciətləri nəzərə alınaraq 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi təkmilləşdirilib, 3 yeni marşrut xətti təşkil edilib. 1 marşrut xəttinin fəaliyyəti isə bərpa edilib. Bunun sayəsində Qaradağ rayonun müxtəlif qəsəbələri üzrə sakinlərin ictimai nəqliyyata olan əlçatanlığı artırılıb. Ay ərzində müntəzəm marşrut xətləri üzrə ümumi səyahət sayı 49.9 milyon olub.
Hesabat dövründə 50 küçə və prospektdə 360-dan artıq yol nişanı quraşdılıb. Ümumilikdə son 10 ayda yol nişanları üzrə illik hədəfin 71%-i yerinə yetirilib. 41 yol kəsişməsində quraşdırılan üstünlük nişanları sayəsində təhlükəsizlik artırılıb, yol nəqliyyat hadisələrinin baş vermə riski azaldılıb. 1 küçədə sürət həddi optimallaşdırılıb. 40-dan artıq küçə və prospektdə piyada keçidləri yenilənib. Daha 3 küçədə yeni piyada keçidləri təşkil edilib 2-məntəqədə isə svetofora piyada keçidi seksiyası quraşdırılıb. 28 küçədə hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Vətəndaşların rahatlığı üçün 40-a yaxın ünvanda avtobus dayanacaq məntəqəsi quraşdırılıb. Nəqliyyat axının nizamlanması məqsədilə 3 kəsişmədə sarı kəsişmə toru təşkil edilib. Əlçatanlığın təmin olunması məqsədilə 8 küçə və prospektdə pandus, tumba və məhəccər quraşdırılıb. 2 küçədə isə “İdeal səki” quraşdırılıb. 2 orta məktən binasının ətrafında hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Nəticədə 1200 nəfərə yaxın şagirdin, pedaqoji heyyətin, eləcə də valideyinin təhsil nüəssisəsinə gediş-gəlişi daha təhlükəsiz olub.
Oktyabr ayında BakıNəqliyyat Agentliyinə 2046 vətəndaş müraciəti daxil olub. Ümumi vətəndaş müraciətlərinin cavablandırılması son 10 ayda 90 % -ə çatıb. Ötən ay “ALO141” Çağrı Mərkəzi vasitəsilə 7988 müraciət cavablandırılıb. Sosial şəbəkələr üzərindən də daxil olan vətəndaş müraciətləri də diqqətdə saxlanılıb. Agentliyin rəsmi sosial şəbəkə hesablarından daxil olan 873 vətəndaş müraciəti təmin edilib. Müraciəti təmin edilən 100 nəfərdən artıq vətəndaş Agentliyə məmnunluğunu bildirib.
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qalan divarındakı uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO
Dubay aeroportları hər gün 600 milyon dollar itirir
Qızının dəfnində "TikTok"da canlı yayım açan atanın övladını "pay verməsi" ARAŞDIRILIR - RƏSMİ - VİDEO
Hörmüz Boğazını açılması İranın taktiki addımıdır – SİYASİ ŞƏRHÇİ










