Sosial sığorta kartları haqda YENİLİK

Ölkədə çox yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq.
Avtosfer.az bildirir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.
Onun sözlərinə görə, əsas məqsədlərdən biri rəqəmsal məşğulluğa keçiddir. Hazırda agentlikdə bu istiqamətdə 8 böyük innovativ layihənin həyata keçirilməsi üçün işlər aparılır. Bunların ən əsası əmək münasibətləri və məşğulluq alt sistemləridir:
"Bunun ilk hissəsinin tətbiqini yaxın vaxtlarda gözləyirik. Bunun tətbiqi nəticəsində ölkənin əmək münasibətləri sistemi kökündən dəyişəcək, ölkədə kadr inzibatçılığı tam olaraq elektron müstəviyə keçiriləcək. Bütün kağız yanaşmalar ortadan qaldırılacaq. Biz mərhələli şəkildə həm əmək müqavilərinin ortadan qalxmasına nail olmağı, həm də əmək kitabçalarının dövriyyədən çıxmasını hədəfləyirik. Eyni zamanda, çox yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxmasını nəzərdə tuturuq. Bununla yanaşı, kağız üzərində əmrlər, ştat cədvəlləri, ezamiyyə vərəqələri-kağız daşıyıcıda olan bütün məsələlərin tam olaraq, elektron müstəviyə keçirilməsini hədəfləyirik".
Bişkekdə İlham Əliyev və Nikol Paşinyanın görüşü keçirilir - FOTO - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI










