«Sovetski»də avtobus 4 avtomobili bir-birinə yapışdırdı - DƏHŞƏTLİ FOTOLAR

Bu gün səhər saatlarında Nərimanov prospektində 83 saylı marşrut xəttə işləyən “Daewoo” markalı 90 MO 168 dövlət nömrə nişanlı avtobus qəza törədib. Qəza nəticəsində prospektin kənarında park edilən, məhəllə sakinlərinə məxsus 6 avtomobilə ciddi ziyan dəyib. Bundan başqa avtobus bir ağacı da aşırdıb. Hadisə yerinə gələn Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə sakinlər arasında narazılıq yaranıb. Aznews.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, insidentə səbəb qəza edən avtobus sürücüsünün hadisə yerindən qaçması, bundan sonra isə DYP əməkdaşlarının isə zədələnən avtomobillərin cərimə meydançasına aparmaq cəhdi olub. Sakinlər onlara məxsus avtomobillərin yol kənarında dayandığı halda vuraraq qaçan avtobus sürücüsünün hadisə yerinə gəlməsini tələb ediblər. Əks təqdirdə DYP-nin məsələnin aydınlaşdırılması üçün avtomobillərinin cərimə meydançasına aparılmasına imkan verməyəcəklərini bildiriblər.
Avtosfer.az saytının məlumatına görə, hadisə bu gün səhər saat 07:00-da baş verib. Lakin avtobusun əzdiyi avtomobillər hələ də yolun kənarındadır. Avtobus isə artıq naməlum istiqamətdə aparılıb.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO























