Spiker: «Polis ola-ola maşınların sürəti kəllə-çarxa çıxıb»

Deputat Etibar Hüseynov Azərbaycan polisinin hüquq və səlahiyyətlərinin artırılmasını istəyir. Avtosfer.az xəbər verir ki, deputat bu təklifi Milli Məclisin bugünkü plenar iclasında irəli sürüb: “Mətbuatda elə gün olmur ki, polisə qarşı zorakılıq, üstünə maşın sürmək, paqonunun sökülməsi hallarına rast gəlməyək. Kütləvi iğtişaşlar istisna olmaqla, dünyanın hansısa ölkəsində belə halların şahidi olmamışam. Biz polisə qarşı hörmətimizi dəyərləndirməliyik. Onlar böyük tıxaclar vaxtı yayın istisi, qışın soyuğunda gərgin rejimlə işləyirlər. Küçədə birini bıçaqlayanda polis gəlməmiş məsələ həll olmur. Adi vaxtda isə polisin göstərişlərinə əməl etmirlər. Rusiyada polisin göstərişinə dizləri titrəyərək əməl edən şəxs Azərbaycan sərhədini keçəndə polislə aqressiya ilə danışırlar”.
Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq bildirib ki, ölkədəki polislər öz işlərini lazımi səviyyədə görən şəxslərdir: “Polislərimiz haqqında elə danışdın ki, məni lap ağlamaq tutdu. Sən bizim polisi belə aciz görmüsən? Onların kifayət qədər səlahiyyətləri var. Hətta onlar özlərinə və dövlətə cavabdeh olan insanlardır. Bu günə qədər də heç bir polisin döyülməsi halları ilə rastlaşmamışam. Polis ola-ola maşınların sürəti kəllə-çarxa çıxıb. Düşünün ki, polis olmasa ölkədə vəziyyət necə olardı”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












