Sualın doğru cavabını siz də bilin

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını açıqlayır Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunan bu sual məlumat xarakterlidir. Sual belə idi: Şəkildə ikitərəfli hərəkət olan 3 zolaqlı yol verilib. Bu avtomobil göstərilən istiqamətlərdən hansı üzrə hərəkətini davam etdirə bilər?
Oxucular tərəfindən Avtosfer.az-a göndərilən cavabları təqdim edirik.
Rustam - Yalniz B ve C istiqametlerinde.. Cunki orta zolaq duz hereket etmek uchun deyil..yalniz donme uchundu.
Fuad - Yalniz A istiqametinde hereket ede biler.
Ayxan - A,B ve C
Elvin - B ve C istiqametleri uzre
Musa - Yalniz A istiqametine gede biler
Musa - Yalniz A istiqametine cunki geriye done bilmez B istiqametinede done bilmez cunki ortadadir
[email protected] - Yalnız. A. Çünki ikinci yoldan sola dönmek olmaz. Çünki orta yoldu. Ve geriye.de dönmek cerimelenmekle YPX terefinden çox güman olunuz. Mence yalnız A
Seymur - Yalnız. A ve B. Çünki, geriye qayıdsaq çox güman ki qadağandır ve cerimelek mümkündür.
Meherrem Agalaroglu - Ancaq düzünə və sola hərəkət edə bilər...
Zahir - Heç bir qadağanedici nişan və xətt olmadığı üçün B və C istiqamətlərində hərəkəti davam etdirə bilər. A istiqamətində isə birinci zolaqda hərəkət etməlidir. Düzgün cavab B və C
Mahal - yolun uzerinde hansisa qadaqanedici ishare olmadiqina gore, surucu gosterilen istiqametler uzre hereketini davam etdire biler
Renat - Her uc istiqametde hereket ede biler.
Arzu - B,C istiqametlrinde hereketi davam etdire biler-sola ve geriye donmek ucun kenar sol zolagi tutmaq lazimdir. A istiqametinde davam etdire bilmez-sag zolaq boshdursa sol zolaqda hereket etmek olmaz. Duzune hereket etmek ucun sag zolagi tutmalidir.
Eli - Ancaq duzune hereket ede biler
Ugur Sancaq - Her üç istiqametde
Azim - Bizim fikrimizce avtomobil B ve C istiqametlerinde hereketi davam etdire biler.
Arzu - B,C istiqametlerinde davam etdire biler,yani kenar sol zolaqdan sola ve geriye done biler.A istiqametinde hereketi davam etdire bilmez,Sag zolaq bosh oldugu halda sol zolaqda hereket etmek olmaz.hereketi duzune davam etdirmek ucun sag zolagi tutmalidir.
İlkin - A -xetti istiqameti uzre
İndii isə facebookdan Avtosfer.az-a göndərilən cavabları təqdim edirik.
Seymur Memmedov - Yalnız A
Asya Aliyeva - Her bir istiqametde hereket ede biler biler mence
Ilkin Poladli - B və C
Sualın doğru cavabı isə belədir: “Yol hərəkəti haqqında” qanunun 49-cu maddəsinin III hissəsində deyilir ki, üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir. Deməli, bizim şəkildə “A” istiqaməti üzrə hərəkət qanunun bu tələbini pozmuş olar. Ona görə də doğru cavab belə olacaq: bu avtomobil yalnız “B” (sola) və “C” (geriyə) istiqamətləri üzrə hərəkətini davam etdirə bilər.
Qeyd edək ki, bu dəfə doğru cavab verənlərin sayı az olub.
Öyrənək, öyrədək.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










