Sükan arxasında yatanların törətdiyi qəzalar - VİDEO

Avtosfer.az saytı Bakıda avtobus və taksi sürücüsünün törətdiyi qəzaların videosunu təqdim edir. DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan kadrlarda ilk olaraq avtobus qəzası əks olunub. Teymur Elçin küçəsində, Teleteatrın qarşısında baş vermiş bu qəzada avtobus sürücüsü sola dönərək «İçərişəhər» metrostansiyasına tərəf istiqamət götürür. Lakin diqqətsizliyin, təcrübəsizliyin və ya yuxulu olmağın nəticəsi özünü göstərir. Sürücü sərnişinlə dolu olan avtobusda idarəetməni itirir və qəza baş verir.
Növbəti qəza isə «VAZ-2106» markalı avtomobil tərəfindən törədilir. Bu qəzanın konkret Bakının hansı istiqamətində baş verdiyi bilinməsə də, görünən odur ki, gecə vaxtı taksi fəaliyyəti ilə məşğul olan «Jiquli»nin sürücüsü svetaforun qırmızı işığında avtomobillərin üstünə «hücum çəkir». Nəticədə, «Jiquli»nin arxadan vurduğu «Prado» qarşıdakı «Pikap»a çırpılır. Çox güman ki, taksi sürücüsü yuxulu idi. Çünki o, əvvəlcə sürəti azaltsa da, qəflətən hərəkətə gəlir və sürətlə qarşıdakı maşına çırpılır.
Videonu izlədikcə, avtobus və taksi sürücüsünün törətdiyi qəzanın səbəblərini anlamaq o qədər də çətin deyil.
Nurlan
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












