Sultan Süleymanın portreti 1 milyon manata satıldı

Böyük Britaniyanın “Sotbis” hərrac evində Osmanlı padişahı Sultan Süleyman Qanuninin portreti satışa çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə hərrac evi məlumat yayıb.
“İslam dünyası ve Hindistan incəsənəti” adlı kolleksiyada 60 000-80 000 arası funt sterlinqlik ilkin qiymətlə hərraca çıxarılan Sultan Süleymanın portreti 438 500 funt sterlinqə (təxminən 1 milyon 23 min manat) satılıb.
Portretin sultanın 43 yaşı olanda çəkildiyi ehtimal olunur. Sənət əsəri fransız ailənin özəl kolleksiyasında saxlanılırmış.
Xatırladaq ki, Möhtəşəm Sultan 1494-cü ildə Trabzonda doğulub. O, Osmanlı imperiyasının 10-cu sultanıdır, həmçinin 89-cu xəlifədir. Sultan Süleyman Qanuni 1520-ci ildən 1566-cı ilədək imperiyaya rəhbərlik edib. Sultan Süleyman 1566-cı ildə indiki Macarıstan ərazisində vəfat edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












