Sulu qar, 15 dərəcə şaxta

Bakıda və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin soyuq, yağıntılı olacağı, sulu qar yağacağı, gecəyə doğru kəsiləcəyi, şimal küləyinin güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gündüz və səhər 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq. Azərbaycanın bölgələrində fasilələrlə yağıntılı olacaq, sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq. Qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15, gündüz 0-5 dərəcə şaxta olacaq.
Qeyd edək ki, qeyri-sabit, soyuq, şaxtalı hava şəraiti dekabrın 4-nə kimi davam edəcək.
Fidan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












