Bələdiyyə sədrləri cərimələndi - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kəndi ərazisində, həmçinin Novxanı bağlar massivində yerləşən “Araz” supermarketin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə qeyd olunan marketin direktoru E.Əhmədov, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyev və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədov barəsində protokollar tərtib edilib.
E.Əhmədov 8.000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3.000 manat məbləğində cərimələniblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Namiq Musayev







Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












