Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına əlavə kredit ayrıldı

Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə əlavə kredit vəsaiti cəlb olunub. Avtosfer.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, ölkənin tranzit-logistika potensialının gücləndirilməsində xüsusi əhəmiyyəti olan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsinin inkişaf etdirilməsi məqsədilə Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyi ilə birgə maliyyələşdirilən "Dəmir yolu sektorunun inkişafı proqramı” layihəsi çərçivəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması işlərinin həyata keçirilməsi davam etdirilir.
Layihənin ilkin dəyəri 330 mln. ABŞ dolları məbləğində müəyyən edilib və bununla bağlı Asiya İnkişaf Bankı tərəfindən 150 mln. ABŞ dolları məbləğində və Fransa İnkişaf Agentliyi tərəfindən isə 93,16 mln. avro (105 mln. ABŞ dolları ekvivalentində) məbləğində kredit vəsaiti ayrılıb.
Layihə çərçivəsində tikinti-quraşdırma işlərinin satınalınması prosesi yekunlaşdırıldıqdan və müfəssəl layihələndirmə işləri başa çatdırıldıqdan sonra müəyyən olunmuş əlavə iş həcmləri, Koronavirus (COVID-19) pandemiyasından irəli gələn məhdudiyyətlərin mənfi təsirləri, regionda yaranmış geosiyasi vəziyyətlə əlaqədar olaraq Rusiya Federasiyasından alınması nəzərdə tutulan tikinti materiallarının (əsasən relslər) tədarükündə sanksiyalara görə yarana biləcək risklər səbəbindən layihənin icra qrafikində yaranmış ləngimələr, həmçinin Asiya İnkişaf Bankı ilə birlikdə ilkin layihə dəyəri üzrə aparılmış indeksləşdirilmə nəticəsində layihə üzrə 131,5 mln. ABŞ dolları məbləğində əlavə maliyyə təminatına ehtiyac yarandığı müəyyən edilib.
Bu məqsədlə Asiya İnkişaf Bankı ilə aparılmış müvafiq danışıqlar nəticəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması işlərinin davam etdirilməsi üçün Bankdan 131.5 mln. ABS dolları məbləğində əlavə kredit vəsaitinin cəlb edilməsi üzrə "Azərbaycan Respublikası ilə Asiya İnkisaf Bankı arasında "Dəmir yolu sektorunun inkişafı layihəsi Əlavə maliyyələşdirmə" üzrə Kredit Sazişi"nin və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Asiya İnkişaf Bankı arasında "Dəmir yolu sektorunun inkişafı layihəsi imzalanması təklif olunub.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 noyabr may tarixli 569s nömrəli Sərəncamı ilə verilmiş səlahiyyətlərə əsasən 2024-cü il 18 noyabr tarixində imzalanmış "Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında "Dəmir yolu sektorunun inkişafı layihəsi Əlavə maliyyələşdirmə" üzrə Kredit Sazişi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Asiya İnkişaf Bankı arasında "Dəmir yolu sektorunun inkişafı layihəsi - Əlavə maliyyələşdirmə" üzrə Layihə Sazişi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 noyabr tarixli 601s nömrəli Sərəncamı ilə təsdiqlənib.
Türkiyə-İsrail münasibətinin yenidən pisləşməsinin səbəbi nədir? – Politoloq AÇIQLADI
Prezident sənəd imzaladı - Bu şəxslərə ŞAD XƏBƏR
İran-İsrail gərginliyi artır; yanacaq bahalaşa bilər? – Ekspertdən AÇIQLAMA
Sürücülərə vacib xəbər - 16 iyundan etibarən yeni qayda qüvvəyə minir
Velosiped və skuter sürücülərinə xəbərdarlıq edildi: piyadalar üçün təhlükəyə çevrilir
Avtovağzalın “Google Maps”ə inteqrasiyası nəyi dəyişəcək? – EKSPERT
Yasamalda sökülən ərazilərdə bəzi evlərin memarlıq üslubu necə fərqlənir? - FOTO
Bu avtomobillərdə kritik təhlükəsizlik problem; kütləvi yoxlama başladı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə!
Azərbaycanda bir qrup şəxsə güzəştli kreditlər veriləcək - FƏRMAN
KFC və “McDonald's”larda müştərilərə niyə çiy və köhnəlmiş qidalar verilir? – EKSPERT RƏYİ










