Sumqayıtda maşından maqnitofon oğurlayan tutuldu

Sumqayıtda silsilə oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birindən 2800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri F.Abbasov, A.Canəliyev və N.Bayraməliyev saxlanılıblar.
A.Canəliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş R. Həsənovla birgə avtoyuma məntəqələrinin birindən 600 manat dəyərində tozsoran və kompressor, R. Həsənovun tədris mərkəzlərinin birindən kompyuter, printer, modem və həmyerlisi, əvvəllər məhkum olunmuş K.Səfərəliyevlə birgə internet klubların birindən 18 ədəd oyun aparatı, 30 ədəd pult, 10 ədəd disk, K. Səfərəliyevin isə “Mercedes” markalı bir avtomobildən maqnitofon və monitor oğurlaması müəyyən edilib.
Araşdırmalar aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












