Sumqayıtda qatar avtobusla toqquşdu: Bələdçinin başı bədənindən ayrıldı - FOTO
Gündəm
10 Mart 2021 15:44

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində olub. Qəsəbənin girişindən keçən dəmiryolda yük qatarı ilə sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində orada çalışan bələdçi Mübariz Abdullayev faciəvi şəkildə ölüb.
Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
***
Bu gün günorta saatlarında Sumqayıtda teplovozun vurduğu avtobus "Azərbaycan Dəmir Yolları" (ADY) İdarəsinin əməkdaşının üzərinə aşıb, həmin şəxs hadisə yerində vəfat edib. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, günorta saat 13 radələrində boş avtobus dəmir yolunun üzərindən keçərkən texniki nasazlıq baş verib və avtobus sönərək xəttin üzərində qalıb. Bu zaman dəmir yolunda hərəkətdə olan teplovoz avtobusla toqquşub və avtobus aşaraq teplovozun hərəkətini tənzimləyən əməkdaşın üzərinə düşüb. ADY əməkdaşı hadisə yerində vəfat edib. Qəzaya düşən avtobus sərnişin avtobusu olmayıb və ictimai nəqliyyata aidiyyəti yoxdur. Həmin avtobusun Sumqayıtda fəaliyyət göstərən zavodlardan birinə məxsus olduğu bildirilir.

Oxunub : 1792
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
ŞƏRH YAZ












