Sumqayıtda soyğunçuluq edən şəxs saxlanılıb - FOTO

Sumqayıtda soyğunçuluq faktının üstü isti izlərlə açılıb.
Avtosfer.az xəbər verir ki, şəhər sakini Nərgiz Abbasova Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edərək ona məxsus 860 manat pulun marşrutda oğurlandığını bildirib. Polis əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1979-cu il təvəllüdlü Ceyhun Əhmədli olduğu müəyyən olunub. Saxlanılan şəxs 25 nömrəli marşrut avtobusunda qadına qarşı soyğunçuluq etdiyini etiraf edib.
Davam etdirilən əməliyyat tədbirləri zamanı məlum olub ki, saxlanılan şəxs müxtəlif vaxtlarda vətəndaş Ülkər Məmmədovadan 50 manat pul, dəyəri 350 manat olan mobil telefon, Lalə İbrahimovadan 1 ədəd telefon və Şəmrus Səlimovadan 640 manat pulu soyğunçuluq yolu ilə əldə edib.
Bu C. Əhmədlinin ilk məhkumluğu olmayacaq. Belə ki, o müxtəlif maddələrlə 8 dəfə məhkumluq həyatı yaşayıb.
Saxlanılan şəxsin əməllərindən zərərçəkənlərin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin (018) 65 4 42 03 telefon nömrəsinə zəng vurmaları xahiş olunur.

Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












