Sumqayıtın əlacsız qalan sürücüləri - FOTO

Sumqayıtdakı təlim poliqonunda, deyəsən, sürücü olmaq istəyənlərə ilk əvvəl beton maneələri dəf etməyi və problemləri hiyləgərcəsinə həll etməyi öyrədirlər.
Daha çox xüsusi təyinatlı hərbçilərin poliqonunu xatırladan bu yer ekstremal yürüş xiridarlarının da xoşuna gələ bilər. Ancaq təəssüf ki, Sumqayıt sakinlərinin hamısı ekstremal idman növünün həvəskarı deyillər. Ona görə də sürücülük dərslərinin keçirilməsi üçün poliqonun belə bərbad vəziyyətdə olması onları narahat edir. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a məktub yazan Rafiq adlı Sumqayıt sakini deyir ki, istirahət günlərindən birində oğluna sürücülük təlimi keçmək üçün həmin poliqona gedib. Ancaq gördüyü mənzərə onu məyus edib. Onun sözlərinə görə, şəhərin digər yerlərində sürücülük təlimi keçənləri yol polisi cəzalandırır. Yol polisi müfəttişləri cərimə yazdıqları sürücüyə tövsiyə edirlər ki, təlimi Sürücülük Məktəbinin arxasında yerləşən bu məkanda keçsinlər. Ancaq məkana gələn adamlar poliqonun beton bardürlərlə əhatəyə alındığını, əraziyə girməyin mümkün olmadığını görürlər. Şəhərin digər yerlərində polis icazə vermir, burada isə cansız betonlar maneəyə çevrilib. Oxucu hesab edir ki, Sumqayıt kimi böyük şəhərdə belə bir poliqonun olması vacibdir. Belə yerin uzun müddət bərbad vəziyyətdə olması, sonradan isə beton maneələrlə qapadılması şəhər sakinlərini təhlükəyə atır. Çünki təlim keçmək istəyən "xam sürücülər" adamların daha çox gəzişdiyi dəniz kənarında maşın sürürlər. Bu da insanların həyatı üçün böyük təhlükədir. Məsələ ilə bağlı Sumqayıt Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumda əlaqə saxladığımız yüksək vəzifəli polis zabitlərinin hamısı sualımıza cavab verməkdən boyun qaçırdı. Onların hər biri məsələyə başqa adamın nəzarət etdiyini deyərək suallardan yayındı.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












