Şura TV kanallarda yaranan problemlərə aydınlıq gətirib

Audiovizual Şura bəzi vətəndaşların daxili TV antenası ilə birbaşa Bakı Teleqüllə Kompleksindən yayımlanan kanalların izlənməsində yaşadıqları çətinliklərlə bağlı müraciətlərinə aydınlıq gətirib. “Report”un sorğusuna cavab olaraq Şuradan bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisinin çox hissəsində Bakı Teleqüllə Kompleksindən 85-95 km məsafədə təmiz siqnal var.
Çünki bu stansiyada istismar olunan televiziya vericilərinin gücü və verici antenaların gücləndirmə əmsalı kifayət qədər yüksək, antenaların hündürlüyü isə təxminən 400-450 metr arasındadır:
“Lakin Bakı şəhəri və Abşeron yarımadasının bəzi yerlərində relyefin nahamar olması, yeni hündür mərtəbəli binaların inşası səbəbindən düz radiogörmə təmin olunmur və ya müxtəlif böyük ölçülü maneələr (divarlar, keçirici materiallardan ibarət olan çərçivələr, təpələr və s.) olduğu təqdirdə yerüstü televiziya yayımının aparıldığı desimetrlik dalğalar bu maneələri aşa bilmir və ona görə də qəbul şərtləri pozulmuş olur”.
Həmçinin qeyd edilib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində cari ilin mart ayından etibarən, bir çox TV kanalları DVB-T2 standartı üzrə sınaq yayımları həyata keçirir:
“Bu standart 2014-cü ildən qabaq istehsal olunmuş TV qəbuledicilər tərəfindən dəstəklənmir. Qeyd edək ki, yeni standart barədə qabaqcadan ictimaiyyətə müvafiq qaydada məlumat verilib”.
Audiovizual Şura sözügedən problemlə qarşılaşan vətəndaşlara bu barədə qurumu məlumatlandırmağı tövsiyə edib:
“Məsələni yerində monitorinq etdikdən sonra digər aidiyyəti qurumlarla birlikdə problemin həlli istiqamətində müvafiq addımlar atılacaq”.
Qeyd edək ki, sosial şəbəkələrdə bəzi vətəndaşlar paylaşımlar edərək daxili TV antenası ilə birbaşa teleqüllədən yayımlanan kanalların izlənməsində dalğa problem ilə qarşılaşdıqlarını bildiriblər.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












