Sürət qatarlarını qəbul edən vağzal necə olacaq? - FOTO

Sentyabrın 15-nə qədər Bakı ilə Sumqayıt şəhərləri arasında sürətli elektrik qatarları işə düşəcək. İki şəhər arasında ümumilikdə 8 qatar fəaliyyət göstərəcək. Həmin qatarlardan 5-i "Stadler" şirkətinin (Belarus-İsveçrə) istehsalı olan ikimərtəbəli qatarlardır. Digər üç qatar isə Riqada fəaliyyət göstərən şirkətdə sifariş olunub. İkimərtəbəli qatarların üçü artıq Bakıya gətirilib.
Abşeron ərazisindəki dəmir yolu infrastrukturunun müasirləşməsi işində qatarların alınması, yolların təmiri ilə yanaşı, dəmir yolu vağzallarının yenilənməsi də həyata keçirilir. Sürət qatarlarını qəbul etmək üçün Bakı dəmir yolu vağzalında əsaslı təmir işləri həyata keçirilir. Eyni təmir işləri Sumqayıt dəmir yolu vağzalında da görülür. Vağzalda məskunlaşan qaçqınlara müavinət verilərək oradan köçürülürlər.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Sumqayıt dəmir yolu vağzalının əsaslı təmiri üçün artıq bir neçə layihə hazırlanaraq "Azərbaycan Dəmir Yolları" QSC-yə təqdim olunub. Dəmir Yolu İdarəsi layihələr arasında seçim edəcək.
Sumqayıt Dəmir Yolu Vağzalının əsaslı təmiri ilə əlaqədar bir neçə layihənin görüntülərini əldə etmişik. Həmin fotoları təqdim edirik.




“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










