Sürücü ilə əlbəyaxa olan yol polisinin etdiyi səhvlər bunlardır - İZAH

Dövlət yol polisi əməkdaşı ilə sürücü arasında yaranmış gərgin mübahisənin videosuna yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov münasibət bildirib. Ekspertin sözlərinə görə, kadrlardan aydın görünür ki, DYP əməkdaşının hazırlıq səviyyəsi arzulanan deyil. O, «Yol-patrul xidməti haqqında» Təlimatın elementar formallıqlarına düzgün riayət etmir: «Sürücüyə törətdiyi qayda pozuntusunun nədən ibarət olduğunu izah etmir və etiraz edən sürücüyə vəzifələrini xatırlatmır. Belə halda DYP əməkdaşı konkret olmalı, Təlimatın bütün xırdalıqlarına riayət etməli, sürücünün lazımsız davranışını müşayiət etdikdə qısa və konkret şəkildə belə davranışın yolverilməz olduğunu və polis əməkdaşına tabe olmama kimi qiymətləndirilə biləcəyini ona xatırlatmalıdır. Bundan sonra həmin sürücü qanuni göstərişlərə riayət etməzsə, onunla mübahisə etməməli, qanunla nəzərdə tutulan tədbirlər görməlidir. Bu kimi halların əksəriyyətində DYP əməkdaşının qanunvericilikdəki formallıqlara riayət etməməsi və korrekt olmayan davranışı nəticəsində münaqişə yaranır. DYP əməkdaşı nəzərə almalıdır ki, ondan fərqli olaraq sürücülərə DYP əməkdaşı ilə davranışa dair təlim keçirilmir. Bu səbəbdən DYP əməkdaşı hər cür xarakterə malik sürücünü qanuna tabe etdirməyi bacarmalıdır. Özü də belə olduqda bütövlükdə DYP-yə inam və etibar yüksək səviyyədə olar».
Qeyd edək ki, hadisə Sumqayıt şəhərində baş verib. Avtosfer.az-ın verdiyi məlumata görə, video Youtube sosial şəbəkəsinə Səfər Səfərov adlı şəxs tərəfindən yerləşdirilib. Kadrlardan görünür ki, hadisə bu il iyunun 15-də səhər saatlarında baş verib. DYP əməkdaşı orta yaşlı sürücüyə «saxla» əmri verir. Sürücü maşını saxlayır. DYP əməkdaşı ona yaxınlaşaraq özünü «DYP inspektoru Məmmədov» kimi təqdim edir. O, sürücüyə qayda pozduğunu bildirir. Sürücü isə «nə qaydası» deyə sual verdikdə, DYP inspektoru «Stop qaydası» deyə, cavab verir. Bu, bir qədər düzgün deyil. Çünki qanunvericilikdə «stop qaydası» deyilən hansısa qayda pozuntusu yoxdur. Qanuna görə, YPX inspektoru sürücünü saxlatdırıb sənədləri tələb edərkən ona pozduğu qaydana tam izah etməlidir. Amma bu kadrlarda yol polisi inspektorunun bir qədər kobud davranışı da diqqətdən qaçmır. Əslində, deyəsən, bu videonu sosial şəbəkələrdə yayan şəxsin də məqsədi odur ki, DYP əməkdaşının kobud davranışını nümayiş etdirsin. Amma videoya axıra kimi baxdıqda məlum olur ki, sürücü yol polisi inspektorundan da kobuddur və hətta polisə müqavimət göstərir.
Maraqlıdır ki, sürücü ilə yol polisinin əlbəyaxa mübahisəsi sənəd məsələsi üstündə yaranır. Belə ki, DYP əməkdaşı israrla sənəd tələb edir. Hətta öz sənədlərini də çıxarıb sürücüyə göstərir. Lakin sürücü yenə də sənədlərini polisə vermir. Əlində tutub uzaqdan nümayiş etdirərkən isə YPX əməkdaşı qəflətən sənədləri sürücünün əlindən alır. Elə əlbəyaxa mübahisə də bundan sonra baş verir. Sənədləri yol polisindən almağa çalışan sürücü onu qucaqlayaraq «sənədəmi ver» deyə-deyə, polisi maşına sıxır. Sonra bir-birlərini itələyib qarşılıqlı ittihamlar səsləndirirlər. Sürücü sənədini istəyir, yol polisi isə «gör sənin başına nə oyun açacam, mənə əl atırsan, səni süründürəcəm» deyərək, sürücünün əlindən çıxmağa çalışır. Vəziyyətin qəlizləşdiyini görən DYP əməkdaşı qəflətən geri çevrilərək sürücünün maşınına minir. Çox güman ki, ya maşının açarını götürür, ya da kameranı söndürməyə çalışır…
Elməddin Muradlı
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO










