Sürücü sığorta şirkətindən pulunu ala bilmir - VİDEO

Ötən ay baş verən qəza Vüqar Məmmədovun bütün rahatlığını pozub. O, sığorta şirkətindən pulunu ala bilmir. ANS-in məlumatına görə, Vüqar “Sədərək” Ticarət Mərkəzindən qayıdarkən qarşı tərəfin yoluna çıxır və həmin yolda hərəkətdə olan “VAZ 21 07” markalı avtomobillə toqquşur. Hadisə yerinə Qaradağ Rayon Polis Şöbəsinin əməkdaşları gəlir. Vüqarın və digər sürücünün izahatları alınır, protokollar tərtib edilir. Həmçinin Vüqar avtomobilini sığorta etdirdiyi şirkətin nümayəndələrini də çağırır. Şikayətçinin iddiasına görə sığorta şirkətindən bildirilir ki, get, maşınını təmir etdir, gəl pulunu ödəyək. O da maşınını servisdə düzəltdirdikdən sonra 1231 AZN qəbzi də götürüb sığorta şirkətinə gəlir. Amma burada eşitdikləri onu şoka salır.
Vüqar Məmmədov deyir ki, getdim ki, pulu verin, gedim ödəyim: “Dedilər ki, biz pul verməyəcəyik. Yalandan deyirlər ki, maşını sən idarə etməmisən. Mən sığorta etdirəndə 940 AZN pul ödəmişəm ki, qəza olanda ödəsinlər, amma ödəmirlər”.
Məsələ ilə bağlı “AtaSığorta”dan bildirdilər ki, sığortaçıya imtina məktubu göndərilib və məktubda da pulun ödənilməməsinin səbəbi yazılıb: «Əldə olan səs yazılarına əsasən müəyyən etmişik ki, qəza zamanı sükan arxasında Vüqar Məmmədov olmayıb. Müqaviləmizə əsasən də bu halda biz ona pul ödəməyəcəyik. Əgər sığortaçı haqlı olduğunu hesab edirsə, məhkəməyə müraciət edə bilər».
İndi Vüqar Məmmədov ya mövcud vəziyyətlə razılaşmalı, ya da məhkəməyə müraciət edib haqlı olduğunu sübuta yetirməli və pulunu almalıdır.
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










