Sürücü yol polisinin başını kəsdi - ZAQATALADA

Baş Dövlət Yol Polisi İdarəsinin Zaqatala və Balakən rayonunun sərhədində yerləşən “Katex” postunda baş verən dava ilə bağlı bəzi məqamlara aydınlıq gətirilib. İşi araşdıran Zaqatala rayon Prokurorluğunun müstəntiqi Ənvər Nəbiyevin anspress-ə verdiyi məlumata görə, sürücü ilə yol polisinin arasında yaranan narazılıq səbəb olub. Belə ki, 1983-cü il təvəllüdlü Vüsal Elman oğlu Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı, 90 HO 877 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. “Yol polisi sürücü barədə inzibati protokol tərtib etmək istəyib. Sürücü ona mane olub. Sonradan dava düşüb. Dava zamanı Vüsal Əhmədov şüşə stəkan ilə yol polisi, polis serjantı Anar Xəlilovun başına zərbə vurub. Nəticədə stakan sınıb və şüşə polsin boğazını kəsib”, - deyə Ənvər Nəbiyev bildirib.
Hadisə zamanı həmin maşında sürücünün qohumu Oqtay Kamal oğlu Qarayevin üzərinə baxış zamanı narkotik maddə tapılıb. Hər iki şəxs tutulub. Onlar Zaqatala rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasındadırlar. Faktla bağlı Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












