Sürücülər bu qaydaya niyə məhəl qoymur - VİDEO

Azərbaycanda avtomobillər artıq “maska”larını çıxarmağa başlayıb. ANS-in məlumatına görə, pərdəli avtomobil həvəskarı olan sürücülər üçün kədərli sezon başlayıb. Noyabrın 15-dən etibarən pərdə və plyonkalı maşın sürənləri 150 manat cərimə gözləyir. Ölkəmizdə nəqliyyat vasitələrinin arxa, yan qapı şüşələrinə pərdə vurulmasına verilən icazənin müddəti bitib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin iqlim şəraiti nəzərə alınmaqla hər il noyabrın 15-dən mayın 1-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə qadağa qoyan qərar qüvvəyə minib. Ancaq bütün bunlara baxmayaraq paytaxt Bakıda hələ də bu qayda qanuna əməl edən yoxdur. Bir neçə saat ərzində 5 avtomaşının hələ də arxa- yan şüşələrində pərdə və jalüzlərin çıxarılmamasının şahidi olduq. Sürücülərisə səbəbə gəlincə mütəlif bəhanələr gətirir. Amma bundan başqa elə sürücülərdə varki, pərdə və jalüzlərin sökülməsi qərarından xəbardardı və onlar vaxtında öz tədbirini görüb.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov isə bildirdi ki, bu qanun bütün sürücülər üçün nəzərdə tutulub.Təkcə bir gün ərzində 38 avtomobildə pərdə və jalüzlər aşkarlanıb. Onun sözlərinə görə, bunlardan bir neçəsi yerində cərimələnib, digərləri isə cərimə meydançasına aparılıb.
Vaqif Əsədov həmçinin onu da qeyd etdi ki, indiyə kimi bütün sürücülərə xəbardarlıq edilib. Amma sürücülər daha çox məlumatı olmadığını deyr. O Artıq bu Kimi bəhanələrədə məhəl qoyulmayacağımı deyir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












