Sürücülərə hava məlumatı; dolu yağacaq

İyunun 2-də Bakıda və Abşeron yarmadasında bəzi yerlərdə qısa müddətli yağış yağacağı, gecə şimşək çaxacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində hava şəraitinin dəyişkən buldulu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal şərq küləyi əsəcək. Rayonlarda gecə və axşam əsasən şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı dolu düşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 17-22 gündüz 29-34, dağlarda gecə 9-14 gündüz 20-25 dərəcə isti olacaq. Ayın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Temperatur gecə 16-21, gündüz 23-28 dərəcə isti olacaq. Rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə leysan xarakterli yağış yağacağı dolu düşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək. Temperatur gecə 16 -21 gündüz 26-31 dərəcə isti olacaq. Dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 21-22 , Zaqulba, Mərdəkan, Şüvalan, Buzovnada 22-23, Türkan, Hövsan, Şıx və Sahil çimərliklərində isə 23-24 dərəcə isti olacaq.
Nurlan
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












