Sürücülərə müraciət olundu

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) havaların soyuması ilə əlaqədar olaraq sürücülərə müraciət edib. Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ-nin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev apa-ya açıqlamasında bildirib ki, havaların soyuması ilə əlaqədar sürücülərin yollarda diqqətli olması xahiş olunur. Kamran Əliyev, həmçinin sürücülərə xüsusilə qar yağacağı təqdirdə mövsümi təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrinin texniki sazlığına bir daha baxış keçirməyi və s. lazımi avadanlıqların olmasını təmin etməyi, ara məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı tövsiyə edib. Qeyd edək ki, sabahdan respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, rayonlara qar yağacağı proqnozlaşdırılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












