Sürücülərə radar xəbərdarlığı: Bayramda cərimə alacaqlar

Dövlət Yol Polisi sürücülərə müraciət edib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin, Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a bildirib ki, ölkədə bayram münasibətilə 4 gün qeyri-iş gününün olması ilə əlaqədar rayonlar istiqamətində hərəkət edən avtomobillərin sayının çox olmasını nəzərə alaraq, yollarda xüsusi təhlükəsizlik tədbirləri görülüb, polis əməkdaşlarının sayı artırılıb.
Polis polkovniki sürücülərə xəbərdarlıq edib: “Sürücülər özlərinin və başqalarının həyatlarını təhlükəyə atıb sevdiklərini gözüyaşlı qoymasınlar. Onlar bilməlidirlər ki, ölkə yollarında təhlükəsizliyi təmin etmək məqsədi ilə yolda texniki vasitələr quraşdırılıb (MMX, radar və s.).
Sürücülər hava şəraiti ilə əlaqədar olaraq kondisionersiz maşınlarla yola çıxmasınlar, sükan arxasında mobil telefondan istifadə etməsinlər, sürət həddini aşmasınlar, əsasən də enişli-yoxuşlu yollarda sürət həddini düzgün seçsinlər, ötmə əməliyyatını həyata keçirərkən diqqətli olsunlar, tibbi dərman vasitələrindən istifadə etdikdən sonra sükan arxasına əyləşməsinlər, ara məsafəsini düzgün seçsinlər.
Onlar qayda pozuntusuna yol verməyərək ailə büdcəsinə qənaət etmə düşüncəsi ilə hərəkət etsinlər. Əks halda mərkəzi məlumat xidməti ilə cərimənin ödənilməsi barədə məlumat alacaqlar”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il ölkəmizdə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunacaq. Lakin Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən iyulun 18-i şənbə gününə təsadüf etdiyindən ayın 20-si də qeyri-iş günü olacaq.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












