Sürücülərə ŞAD xəbər: Bu gün bağlanan bütün yollar açıldı

Xəbər verdiyimiz kimi, bu gün saat 16:00-dan etibarədən Bakı şəhərinin bir sıra küçə və prospektlərində – Bayıldan Zuğulbaya qədər yollarda hərəkətə məhdudiyyət qoyulması planlaşdırıldı. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq da etmişdi. Lakin indicə aldığımız məlumata görə, Avropa Oyunları ilə bağlı nəzərdə tutulan tədbirlər tez başa çatdığı üçün artıq paytaxt ərazisində bütün yollarda hərəkət sərbəstdir və heç bir sıxlıq mühahidə olunmur. Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həqiqətən də tədbirlər tez başa çatdığı üçün yollarda hərəkət tam bərpa edilib. Yalnız «Alov qüllələri»nin ətrafında tədbirin davam etməsi nəzərə alınaraq Parlament prospekti, Teymur Elçin və Mehdi Hüseyn küçələrdə hərəkətə qismən məhdudiyyət qoyulub.
Elmin
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












