Sürücülərə XƏBƏRDARLIQ!

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Yol polisi şaxtalı və buzlu yolları qiymətləndirərək, sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu bildirib. “Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə yol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna çıxmamalıdırlar. Qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir. Sürücülər əyləc sistemindən mümkün qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. Avtomobillərin şüşəsiləni işlək olmalıdır”, - deyə Vaqif Əsədov vurğulayıb. Yol polisi Bakının Yasamal rayonu ərazisində, hündürlüklərdə, Biləcəri dikində, ümumiyyətlə enişli-yoxuşlu yollarda daha çox ehtiyatlı olmağı məsləhət bilir. V.Əsədov onu da əlavə edib ki, mümkün qədər sürücülər şəxsi avtomobillərindən az istifadə etsinlər. Mümkünsə ictimai nəqliyyatdan istifadə etsinlər. Qeyd edək ki, bu gündən etibarən respublika ərazisində hava şəraiti dəyişib. Hidrometeoroloji proqnozlar bürosundan bildirilir ki, bu gün fasilələrlə yağıntı müşahidə ediləcək. “Fevralın 18-də və 19-da havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcəyədək aşağı enəcək. 18 və 19-da günorta saatlarında isə paytaxtda havanın temperaturu 4-5 dərəcə arasında dəyişəcək. Mərkəzi aran rayonlarında gecə saatlarında 5-9 dərəcə isti müşahidə olunacaq”, – deyə HPB-nin direktor müavini Gülşad Məmmədova qeyd edib. Ayın 17-si və 18-də bəzi rayonlarda yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Xəbər verilir ki, paytaxtda şimal küləyinin güclənəcəyi gözlənilir.
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO










