Sürücülərin diqqətinə; Azərbaycana qar yağdı

Bu gün səhər saatlarından başlayaraq cənub bölgəsinin əksər rayonlarında hava şəraiti yenidən kəskin pisləşib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Lənkəran, Masallı, Astara rayonlarında güclü küləklə müşahidə olunan yağış, dağlıq Lerik və Yardımlı rayonlarına isə qar yağmağa başlayıb. Qarın qalınlığı rayon mərkəzlərində 5-10 sm, ucqar ərazilərdə 25-30 sm-ə çatıb. İntensiv yağış Lənkəran-Lerik şosesinin bir neçə hissəsində xırda sürüşmələrə səbəb olub. Buna baxmayaraq, yolda avtomobillərin hərəkətində hər hansı çətinlik yaranmayıb. Hava şəraitinin dəyişməsi bölgədə ciddi fəsadlar törətməsə də, bəzi həyətyanı sahələri və yolları su basıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynovun verdiyi məlumata görə, bölgədə qeyri-sabit hava şəraiti martın 6-na kimi davam edəcək. İntensiv yağışlar nəticəsində çaylarda sululuğun artacağı, bəzi kiçik dağ çaylarında daşqınların olacağı istisna edilmir. Martın 7-si və 8-də yağıntıların kəsiləcəyi, cənub-qərb, qərb küləyinin əsəcəyi proqnozlaşdırılır. Küləyin sürəti saniyədə 15-20, bəzi yerlərdə 23-28 m-ə kimi güclənəcək. Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












