Sürücülərin qənimləri tutuldu

Biləsuvar polisi gecə saatlarında ağır tonnajlı yük maşınlarına qənim kəsilən oğruları zərərsizləşdirə bilib. Anspress-in verdiyi məlumata görə, oğrular maşınlardan oğurladıqları akkumulyatorları Biləsuvar və Cəlilabad bazarlarında dəyər dəyməzinə satıblar. Biləsuvar şəhər sakini Elnur Hüseynovun yaxın tanışı Cavid Şirinovla birgə asan pul qazanmaq istəyi onların yolunu yenidən rayon polis şöbəsindən salıb. İki gün ərzində “KamAZ” markalı maşınlardan 8 ədəd akkumulyator oğurlayan dostların növbəti əməliyyatı uğursuz olub.
Müstəntiq Fərid Sultanlı bildirib ki, Elnur Hüseynov tanışı Cavid Şirinovla birlikdə gecə saatlarında Biləsuvar şəhəri ərazisində küçədə dayanmış “KamAZ” markalı maşınların üzərindən akkumlyatorları oğurlayıblar. Onların bu hərəkətləri nəticəsində zərərçəkmişlərə ümumikdə 1200 manatdan artıq maddi ziyan dəyib. Həmin oğurladıqları akkumulyatorları Elnur Hüseynov və Cavid Şirinov Biləsuvar və Cəlilabad şəhərlərinin bazarlarında aşağı qiymətlərə sataraq pul əldə ediblər. Bundan əvvəl narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayan Cavid ilkin istintaqa ifadəsində törətdiyi əməldən peşman olduğunu dilə gətirib. 2-ci dəfə oğurluq etdiyinə görə qanun qarşısında cavab verməli olan Elnur isə oğurladıqları akkumulyatorları dəyərindən qat qat aşağı satdığını bildirib.
Faktla bağlı Biləsuvar rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq “silahdaşların” digər oğurluq hadisələrində iştiraklarının olub-olmadığını araşdırır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












