Sürücüyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nurəddin Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, N.Baxışov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 77-ci km-də qeydə alınıb. Paytaxt istiqamətində hərəkətdə olan 31 yaşlı Ağdaş rayon sakini Nurəddin Baxışovun idarə etdiyi 90 DN 353 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər dünyasını dəyişib. 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Dünyasını dəyişən şəxslər - sərnişinlər 56 yaşlı, Sumqayıt sakini Şahbazova Möhübbət İsa qızı və 57 yaşlı, Rusiya vətəndaşı Hüseynov Hamil Şakir oğludur. Xəsarət alanlar isə sürücü Nurəddin Baxışov, sərnişinlər - 56 yaşlı, Sumqayıt sakini Lətif Şahbazov və 21 yaşlı Rusiya vətəndaşı Şakir Hüseynovdur. Qəza zamanı dünyasını dəyişən Hamil Hüseynov Rusiya Federasiyasının Petrozavodski şəhərində Azərbaycan icmasının sədri olub. Hadisənin baş verməsinə yüksək sürət səbəb olub. Yoldan çıxan nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq magistraldan 50 metr kənara düşüb.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












