Sürüşmə yolu dağıtdı

Avtosfer.az regiontv-yə istinadən bildirir ki, Cəlilabad rayonunda, Cəlilabad-Yardımlı avtomobil yolunda sürüşmə baş verib. Hadisə Cəlilabad rayonunun mərkəzindən təxminən 40 kilometr aralıda yerləşən Pərdi kəndinin ərazisində qeydə alınıb. Belə ki, son günlər havaların qarlı-yağışlı keçməsi rayonun ucqar dağ kəndlərinin bəzi ərazilərində olduğu kimi Cəlilabad-Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsində sürüşməni aktivləşdirib. Nəticədə avtomobil yolu sürüşərək yararsız hala düşüb. Mütəxəssislərin fikrincə, həmin ərazi aktiv sürüşmə zonası hesab olunur. Avtomobil yolundan isə 50-yə yaxın yaşayış məntəqəsinin, eləcə də Yardımlı rayonunun əhalisi istifadə edir. Sürüşmə aktivliyi davam edərsə, Cəlilabadla Yardımlı rayonları arasında əlaqə tamamilə kəsilə bilər. Cəlilabad rayon fövqəladə hallar komissiyasının sədri Asif Əzizovun verdiyi məlumata görə, hazırda sözügedən ərazinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Onu da deyək ki, Cəlilabad-Yardımlı avtomobil yolunun həmin ərazisi ötən il tikilərək istifadəyə verilib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












