Şuşa Qlobal Media Forumu çərçivəsində “Media üfüqləri: Paralel tədbir keçirilib - FOTOLAR

4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində rəqəmsal məzmun yaradıcılarının iştirakı ilə “Media üfüqləri: Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr”mövzusunda paralel tədbir keçirilib. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədovun moderatorluğu ilə baş tutan tədbirdə texnobloqerlər Fərid Pərdəşünas və Tariyel Ağazadə, bloqerlər Gela Vasadze və bloqer Diana Knud spiker qismində çıxış ediblər.
Avtosfer.az xəbər verir ki, müzakirələr zamanı rəqəmsal medianın inkişaf tendensiyaları, süni intellekt texnologiyalarının məzmun istehsalına təsiri, vizual hekayəçiliyin yeni imkanları və auditoriya ilə ünsiyyətin müasir formatları ətrafında fikir mübadiləsi aparılıb. Çıxışçılar qeyd ediblər ki, süni intellekt alətləri rəqəmsal məzmunun hazırlanması və yayılmasında yeni imkanlar yaratsa da, kreativ yanaşma, etibarlılıq və etik prinsiplər öz aktuallığını qoruyub saxlayır.
Spikerlər, həmçinin sosial media platformalarında uğurlu kontent strategiyalarının qurulması, yeni texnologiyaların yaratdığı imkan və çağırışlar, eləcə də rəqəmsal məzmun yaradıcılarının informasiya ekosistemində artan rolu barədə fikirlərini bölüşüblər.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
























