Süveyş kanalına alternativ dəniz yolu

Şimal dəniz yolu (NSR) qismən Süveyş kanalına alternativ ola bilər.
Onun əsas üstünlüyü ekoloji cəhətdən təmizliyidir.
Bu barədə TASS Moskva İdarəetmə “Skolkovo” Məktəbinin İnkişaf Etməkdə Olan Bazarların Tədqiqat İnstitutunun icmalına istinadla xəbər yayır.
“Şimal dəniz yolunun (Süveyş kanalı əvəzinə) istifadəsi istixana qazı tullantılarını 23 %, mayeləşdirilmiş təbii qazdan (LNG) yanacaq kimi istifadə zamanı isə 38 % azaldacaq”, - deyə mütəxəssislər bildirib.
Vurğulanır ki, Şanxay-Rotterdam marşrutu üzrə orta hesabla bir milyard ton yükün daşınması (10,5 min dəniz mili) təxminən 22,3 milyon ton CO2 tullantılarına səbəb olur. Şimal dəniz yolu ilə daha qısa bir marşrutun (8 min dəniz mili) istifadəsi tullantıları 5,1 milyon ton olmaqla, LNG tankerlərində 3,4 milyon ton azalda bilər.
2020-ci ildə Şimal dəniz yolu ilə 32,97 milyon ton yük daşınıb.
Qeyd edək ki, martın 23-də Süveyş kanalı ərazisində dünyanın ən böyük konteyner gəmilərindən biri olan “Evergreen” kanalın hərəkət hissəsini kəsərək onlarla gəminin hərəkətini iflic edib. Bununla əlaqədar olaraq dəniz daşımasının dəyəri bir neçə dəfə artıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












