Süveyş kanalını bağlayan gəmi tərpənib

Quruya çıxaraq Süveyş kanalını bağlayan nəhəng “Evergreen” konteyner gəmisi bir az hərəkətə gətirilib.
“The Jerusalem Post” bu barədə Misirdəki mənbələrə istinadən xəbər yayır.
Nəşrin həmsöhbətlərinin dediklərinə görə, hadisə yerindən təxminən 20 min ton torpaq çıxarıldıqdan sonra gəmini hərəkətə gətirmək mümkün olub.
Bildirilir ki, bu, konteyner gəmisinin buraxılması üzrə işlərin başlanmasından bəri ilk nailiyyətdir.
Süveyş kanalının boşaldılması cəhdlərinin şənbə günü günortadan sonra davam edəcəyi gözlənilir.
Qeyd edək ki, martın 23-də Süveyş kanalı ərazisində dünyanın ən böyük konteyner gəmilərindən biri olan “Evergreen” kanalın hərəkət hissəsini kəsərək hərəkəti iflic edib.
İlkin məlumata görə, konteyner gəmisi güclü külək səbəbi ilə istiqamətini dəyişib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












