Süveyş kanalının bağlanmasından qazanan yeganə ölkə...

Əgər Süveyş kanalı 2 həftə bağlı qalsa, təxminən 2 milyon kub metr mayeləşdirilmiş təbii qazın (LNG) Avropaya nəqli yubana bilər.
Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Rystad Energy" konsaltinq şirkətinin vitse-prezidenti Karlos Torres Diaz deyib.
O bildirib ki, bu böhrandan qazanc əldə edən ölkə Rusiya ola bilər:
"Xatırlatmaq istəyirəm ki, hazırda Rusiyanın boru kəməri ilə Avropaya qaz tədarükü maksimum tutumdan aşağıdır. Rusiya qaz təchizatını artırmaqla mənfəət əldə edə bilər. Mövcud vəziyyətdən kimin daha çox fayda götürəcəyinə baxsaq, problemin həll olunmasını görmək üçün tələsməyən ölkənin Rusiya olduğunu deyə bilərik. Normalda Avropanın ikinci ən böyük qaz tədarükçüsü olan Norveç də bundan faydalana bilərdi. Lakin bu ölkənin boru kəməri sistemi hazırda demək olar ki, maksimum gücü ilə işləyir".
Qeyd edək ki, nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində yüzlərlə gəmi keçid növbəsi gözləyir. Süveyş dünya dəniz ticarətinin 8-12 faizinin keçdiyi məkandır.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











