Svetoforu, qoşa xətti tanımırlar, həyatları tükdən asılıdır - VİDEO

Bu kadrlar Bakıda çəkilib. Şəhərin mərkəzi küçələrindən biridir. Görüntülər isə Daxili İşlər Nazirliyinin «Təhlükəmiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb. Yəqin ki, yaxşı məqsədlə qeydə alıblar. Amma nə qədər qeydə alınsa da, bu avtobus sürücüləri arasında müsbətə doğru heç bir dəyişiklik hiss olunmur.
Avtosfer.az-ın məlumatına görə, bu videokadrlarda şəhərin eyni yerində, lakin müxtəlif vaxtlarda avtobusların törətdiyi kobud və təhlükəli qayda pozuntuları əks olunub. Hər iki halda avtobus sürücüsü 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələbini kobud və təhlükəli şəkildə pozaraq əks istiqamətli hərəkət zolaqlarına çıxır. Aşkar görünür ki, həmin avtobusu sürənlər özlərindən qabaqda olan avtomobilləri ötüb keçmək və beləliklə təxminən 20-30 saniyə qabağa düşmək məqsədi ilə bu hərəkəti edirlər. Amma həmin sürücülər yarım dəqiqə qabağa düşməklə avtobusdakı sərnişinləri mənzil başına daha tez çatdırmağı yox, növbəti 20 qəpiyi əldən buraxmamağı düşünürlər. Bu hərəkətlərə görə 100 manat cərimə və 4 cərimə balı nəzərdə tutulur. Lakin əgər onlara belə qayda pozuntusuna görə cərimələr tətbiq edilsə yəqin ki, belə mənzərələri görməzdik. Çox güman ki, belə sürücülər öz himayədarlarına arxayındırlar. Əks təqdirdə aylıq əmək haqlarının 1/5 hissəsini 20 saniyəyə qurban verməzlər.
Elməddin
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA












