Taksi sürücüləri gediş haqqını necə hesablayırlar? - VİDEO

İndi rayon mərkəzlərində taksi ilə bir yerdən başqa yerə getmək üçün sərnişin əsasən 1 və ya 2 manat ödəyir. Bu taksilərdə taksometr isə yoxdur. Bəs, görəsən, taksi sürücüləri bu qiymətləri nəyə əsasən təyin edirlər?
Avtosfer.az eltv-yə istinadən xəbər verir ki, Yevlaxda taksi sürücüləri rayon mərkəzində daşıma xidmətinə görə məbləği konkret məkanlara əsasən müəyyənləşdirirlər. Yəni sürücünün xidməti müqabilində sərnişindən tələb etdiyi məbləğ qət edilən məsafəyə görə sərf olunan təxmini yanacağa görə hesablanır. Bu göstərici 1-2 manat arasında dəyişir: "3 kilometrə kimi 1 manata, 5-6 kilometr olanda 2 manata aparırıq", - deyə taksi sürücüsü Vaqif Vəliyev bildirib.
Rayon mərkəzlərindən kənara çıxıldıqda isə gedişhaqqı artır. Yevlax 5 saylı Regional Nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətin mütəxəssisi Nizami Həşimov deyir ki, daha dəqiq işləmək üçün rayonlarda da taksometrdən istifadə vacibdir. Paytaxtda çoxdan tətbiq edilən bu üsul ən optimal variantdır: "Sərnişin maşına əyləşən kimi taksometri işə salır. Kilometraj əsasında qiymət hesablanır".
Bildirək ki, Inzibati Xətalar Məcəlləsi taksometr olmadan taksi xidməti göstərənələr üçün 40 manatdan 50 manata qədər cərimə nəzərdə tutur. Rayonlarda lisenziya almadan taksi fəaliyyəti ilə məşğul olanlara da çox rast gəlinir. Belələrini isə 100 manat cərimə gözləyir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












