Taksi sürücülərini aldadan qardaşlar - FOTO

Qaradağ rayon Polis İdarəsinin əməkdaşları taksi sürücülərinin etibarını qazanaraq, onlara qarşı dələduzluq edən iki nəfəri ələ keçirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən əməliyyat zamanı Hacıqabul rayon sakinləri 46 yaşlı Qasım Bağırov və onun qardaşı 27 yaşlı Eyvaz Bağırov saxlanılıb. İstintaq onların bir çox cinayətini sübuta yetirib. Məlum olub ki, saxlanılan şəxslər Qaradağ rayonu ərazisində taksilərə müştəri kimi əyləşərək ticarət obyektlərinin qarşısında düşüblər. Onlar sürücülərə bildiriblər ki, üstlərində xırda pul yoxdur. Mağazadan alış-veriş edib çıxdıqdan sonra gedişhaqqını ödəyəcəklər. Bağırov qardaşları bu azmış kimi hətta taksi sürücülərindən borc pul alaraq hadisə yerindən uzaqlaşıblar. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər bu yolla 10-a yaxın taksi sürücüsünü aldadıb. Onların külli miqdarda pullarını mənimsəyiblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq saxlanılan şəxslərin ətrafında araşdırmaları davam etdirir. Gördüyünüz bu şəxslərin əməllərindən zərər çəkən digər vətəndaşlardan Qaradağ rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












