Taksi sürücüsü başına girmiş bıçaqla 2 saat yol getdi

Braziliyada motosiklet taksisinin sürücüsü naməlum şəxs tərəfindən başına 30 santimetrlik bıçaq vurulandan sonra sağ qalıb. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə münaqişə zəminində baş verib. Sürücü bıçağın başına keçdiyindən sonra 2 saatlıq yol qət edərək özünü xəstəxanaya çatdıra bilib. Frans Press agentliyi yerli KİV-ə istinadən bildirir ki, insident Alaqoas ştatının Aqua-Branka əyalətində baş verib. KİV-in məlumatına görə 39 yaşlı mototaksi sürücüsü Xuaselo Nunyes (Juacelo Nunes) məclislərin birində mübahisə etdiyi şəxs tərəfindən başından bıçaqlanıb. Bıçaq onun sol gözündən vurularaq, ağzından keçib aşağı sümüyün sağ tərəfindən çıxıb. Bundan sonra həkimlərin ona tibbi yardım etməsi üçün dostlar Nunyesi ən yaxınlıqdakı xəstəxanaya 2 saata çatdıra biliblər. “Bıçaq bir neçə damar və sinirlərdən keçib, bu onu yerindəcə öldürə bilərdi”,- deyə kişinin çatdırıldığı Piaui ştatının Terezina şəhərindəki xəstəxananın həkimi Jilbertu Albukerke bildirib. Onun sözlərinə görə, zərərçəkən “qeyri-adi sürətlə” sağalır və o, xəstəxanaya çatdırılana qədər özündə olub.
Mototaksi sürücüsü boğazdan və çiyindən daha iki bıçaq yarası alıb.
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI










