Taksi sürücüsünə qarşı quldurluq

Bakının Qaradağ rayonunda quldurluq edən mütəşəkkil dəstənin daha bir üzvü həbs edilib. Avtosfer.az xəbər verir ki, bu barədə teleqraf.com-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq İsayevin “VAZ-2107” markalı avtomobilini quldurluq yolu ilə almış qrupun digər üzvü - Ağcabədi rayon sakini Musa Cəfərov tutulub. Qeyd edək ki, quldurluq hadisəsi yanvarın 10-da baş verib. həmin gün gecə saat 03:45-də Binəqədi qəsəbəsindən Bakı şəhər sakini Natiq İsayevin taksi kimi idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin kimi naməlum şəxslər əyləşibş Onlar taksi sürücüsündən Ələt qəsəbəsinə getməyi istəyiblər. Ələt qəsəbəsində onlar sürücüyə bıçaqla hədə-qorxu gələrək quldurluq yolu avtomobilini ələ keçiriblər. Fevralın 3-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Rövşən Allahverdiyev tutulub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












