Taksi sürücüsünü 3 manata görə öldürdülər

Şamaxıda törədilən dəhşətli qətlin üstü açılıb. Şamaxı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində avtomobilində meyiti tapılan Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Ceyhun Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən Zaqatala rayon sakini, 1994-cü il təvəllüdlü Mark Abil oğlu Süleymanov və Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Pərviz Ələmdar oğlu Qasımov tutulublar. Hadisənin 3 manata görə baş verdiyi məlum olub.
Qeyd edək ki, dekabrın 15-də taksi kimi fəaliyyət göstərən 99-AY-869 dövlət nömrə nişanlı, “Azsamand” markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması barədə məlumat əsasında hadisə yerinə gələn yol polisi əməkdaşları maşının yanında sürücünü tapmayıblar. Daha sonra sürücünün meyiti avtomobilin yük yerində aşkarlanıb. Müəyyən olunub ki, qətlə yetirilən sürücü Füzuli rayonundan olan və Bakının Maştağa qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Qurbanov Ceyhun İmaş oğludur.
Onun meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsində müayinə olunub. C. Qurbanovun kəndirlə boğulduğu, ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirildiyi və başından travma aldığı müəyyən edilib
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












