Taksi sürücüsünü öldürən azərbaycanlı: «Hər şeyi düz etmişəm»

Rusiyanın Perm vilayət məhkəməsi qətl törətməkdə ittiham olunan 25 yaşlı Azərbaycan vətəndaşı Vüsal Məmmədovla bağlı məhkəmə qərarını elan edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə Məmmədovu “qəsdən adam öldürmə” və “odlu silah gəzdirmə” maddələri ilə təqsirli bilərək 14 il müddətinə azadlıqdan məhrum edib. Hökmdən sonra Vüsal Məmmədov “mən hər şeyi düz etmişəm, çünki inamımı qoruyurdum”, –deyə hökmə münasibətini bildirib. 2013-cü il avqustun 13-də Perm şəhərinin Pionerskya küçəsində taksi sürücüsü Denis Rudakov və Vüsal Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Vüsal Məmmədov Rudakova bir neçə dəfə odlu silahdan atəş açıb. Zərərçəkən xəstəxanaya çatdırılsa da, avqustun 18-də orada dünyasını dəyişib. Axtarışa verilən azərbaycanlı isə yalnız bu ilin yayında Perm vilayəti ərazisində həbs olunub.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












