Taksi sürücüsünü soyan şəxslərin cəzaları azaldıldı

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakinləri Hadis Şahmarovun və Oleq Karçaşkinin CM-nin 181.2.1 (quldurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5 (quldurluq silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxışı yekunlaşıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ötən il mayın 22-də təqsirləndirilən şəxslər müştəri qismində Zaur Kazımovun idarə etdiyi “Mercedes” markalı avtomaşına əyləşərək, avtomobili Nizami rayonunda yerləşən qəbiristanlığa sürdürüblər. Ora çatdıqda təqsirləndirilən şəxslər taksi sürücüsünü bıçaqla hədələyərək, ondan pul tələb ediblər və nəticədə zərərçəkəndən 101 dollar və 72 manat pul alaraq, hadisə yerini tərk ediblər.
Baş vermiş hadisə ilə əlaqədar Z.Kazımov Nizami RPİ-yə müraciət edib, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Şahmarov və Karçaşkin səhərisi gün saxlanılaraq, istintaqa təqdim olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Hökmdən narazı qalan Şahmarov və Karçaşkin cəzalarının yüngülləşdirilməsi məqsədi ilə apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsi hökmünün dəyişdirilməsi haqda qərar qəbul edib, hər iki şəxsin cəzası 8 il 6 ay müddətinə endirilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












