Taksi sürücüsünün qatilləri saxlanıldı

Bir müddət əvvəl itkin düşmüş Göyçay sakininin meyiti tapılıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalında taksi fəaliyyəti ilə məşğul olan Göyçay sakini 1955-ci il təvəllüdlü Cavid İsa oğlu İsayevin meyidi dünən axşam saatlarında Bakı - Göyçay magistralında yol kənarında aşkar edilib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hadisəni Samux rayon sakini 1994 təvəllüdlü Akif Səxavət oğlu Hacıyev və Bərdə rayon sakini Elvin Rəşid oğlu Quliyev törədiblər.
Adı çəkilən şəxslər Beynəlxalq Avtovağzala gələrərək rayona getmək üçün Cavid İsayevin avtomobilinə miniblər.
Yolda sürücüdən avtomobili saxlamasını tələb edən şəxslər C. İsayevi qətlə yetirib, meyidin üzərindən 150 manat götürərək hadisə yerindən qaçıblar. Avtomobili ehtiyyat hissələrinə ayırıb satmaq məqsədi ilə Ağcabədi rayonuna aparan hər iki gənc bir müddət sonra həbs olunub.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












