Taksilərə qarşı əməliyyat

Bu gün səhər saatlarında metronun “20 Yanvar” stansiyası ətrafında fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd keçirilib. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, nəqliyyat müfəttişləri lisenziyasız işləyən və vergi ödəməyən sürücülərlə bağlı tədbirlər görməyə başlayıb. Taksi sürücüləri arasında fərqlənmə nişanı almayanlar və qaydaları pozanlar aşkarlanıb. Lisenziyasız, qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı problem aktual olaraq qalmaqdadır. Taksi fəaliyyəti ilə məşğul olanların ilk növbədə 5 illik lisenziyası olmalıdır. Bu lisenziya üçün 150 manat, beynəlxalq daşımalar üçün 200 manat ödəniş olunmalıdır. Aylıq fərqlənmə nişanına görə də qazanca uyğun vergi verilməlidir. Eyni zamanda, həmin şəxs müvafiq dövlət standartına uyğun olaraq avtomobilini xüsusi formaya salmalı, avtomobildə sayğac və post-terminal quraşdırılmalıdır. Post-terminallar nağd ödənişin aradan qaldırılması üçündür. Lisenziyasız fəaliyyətə görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat cərimə nəzərdə tutulur. Nəqliyyat Nazirliyi bəyan edib ki, Avropa Yay Oyunlarına qədər Bakıda “London taksiləri”nin sayı yavaş-yavaş artırılacaq. Hazırda Bakıda tələbatdan 3 dəfə çox, 15 mindən artıq qeyri-qanuni taksi fəaliyyəti göstərən var.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












