Tanınmış aktyor çəkiliş vaxtı suda boğulmaq təhlükəsi ilə üzləşib - FOTO

Döyüş filmlərinin tanınmış aktyorlarından olan Ceki Çanın baş rolda çəkildiyi “Avanqard” filminin sentyabrın sonunda premyerası olacaq. Döyüş və kriminal mövzuda çəkilmiş filmin kinosevərlərə təqdimatı əslində yanvar ayına nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən bir neçə ay təxirə salınıb. Ceki Çan 66 yaşı olmasına baxmayaraq, bu filmdə də özünəməxsus cəld fiziki hərəkətləri, tryukları, fəndləri ilə diqqət çəkir. Bəziləri Ceki Çanın filmlərinin pərdəaraxası hadisələrinin filmin özündən maraqlı və həyəcanlı olduğunu deyirlər. Aktyor bir çox filmlərin çəkilişində maraqlı və çətin hadisələrlə, zədələrlə, hətta ölüm riski olan anlarla üz-üzə qalıb. Elə “Avanqard” filminin çəkiliş meydançası da bu cür hadisələrsiz ötüşməyib. Belə ki, səhnələrindən birində Ceki Çanın idarə etdiyi skuter aşır və aktyor tərəf müqabili ilə birlikdə suda boğulmaq təhlükəsi ilə qarşılaşır. Ceki Çan təxminən 40 saniyə suyun altında qalır. Xoşbəxtlikdən xilasedicilər onu və tərəf müqabilini sudan çıxara biliblər.
Ceki Çan sonradan həmin hadisə barədə danışarkən deyib ki, əslində, bu, normal bir kadr idi, amma mən az qala boğulacaqdım. Qayıq aşdı və bir anda mən suya qərq oldum. Dəqiq nə baş verdiyini xatırlamıram. Sanki hansısa ilahi qüvvə mənə kömək etdi. Yavaşca skuteri kənara itələdim və məni çəkib sudan çıxartdılar.
Xilasedicilər Çeki Çanı sudan çıxaranda, onun gözləri ilk olaraq tərəf müqabili, aktrisa Miya Müçini axtarır. Onun da xilas olduğunu görən aktyor rahat nəfəs alır. Bu hadisə rejissor Stenli Ton və çəkiliş heyəti üçün olduqca qorxulu anlar yaşadıb.
Ceki Çan rejissor Stenli Tonun həmin hadisə vaxtı çox narahat olduğunu bildirib: “Bütün çəkiliş heyəti ağlayırdı. Mən suda olanda Stenliyinin “Ceki ordadı” deyə həyacanlı səsini eşidirdim. Sonra o dedi ki, sən uzun müddətə yoxa çıxdın, hardasa 45 saniyə. Mən də dedim: Bu qədər çox? Nəsə xatırlamıram!”
Filmdə Ceki Çan təhlükəsizlik şirkətinin rəhbəri rolunda çəkilib. Obrazda olduğu kimi, filmin çəkilişləri vaxtı da o, ətrafdakılara hər zaman diqqət göstərir, öz təcrübəsini və biliklərini hər kəslə bölüşür. Tanınmış aktyor onilliklər ərzində qazandığı təcrübəni gənc istedadlarla bölüşməyi sevən biridir. Amma gənc aktyorların Ceki Çandan öyrənə biləcəyi ən böyük dərs onun fədakarlığı və peşəkarlığıdır. (AZƏRTAC)
DSX-də ard-arda ölümlərin səbəbi nədir?
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı










