Tanınmış azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər

Hersonda (Ukrayna) yerli Azərbaycan icmasının liderlərindən biri biznesmen İlham Tağıyev vəhşicəsinə qətlə yetirilib.
Avtosfer.az “Herson-onlayn”a istinadən xəbər verir ki, İlham Tağıyevin cəsədi “Mersedes”də aşkar edilib. Milisin ehtimalına görə, avqustun 17-nə keçən gecə sahibkar öz avtomobilində əyalət mərkəzinin Berislavsk şossesində icarəyə götürdüyü qaraja gəlib. Cinayətkarlar onu orada gözləyiblər.
“Bərk küt alətlə” başına vurulan üç zərbə il adamı yerə yıxıblar, daha sonra ayaqla vuraraq üç qabırğasını sındırıblar.
Daha sonra cəsədi maşına atıblar, cibindən yaxınlıqda yerləşən evinin açarlarını götürüblər və ora yollanıblar.
Şahidlərin sözlərinə görə, mənzildə onların gedişindən sonra hər şey alt-üst idi, gizlin yer axtarışında onlar divanları aşırıb, divardan xalçaları çıxarıblar.
Qarətdən sonra məişət texnikası yerində qalıb, amma nə qədər pul və zinət əşyasının oğurlandığı bəlli deyil.
Tağıyevin arvadı və qızı qohumlarını ziyarət etmək üçün Azərbaycana gəliblər. Oğlu isə Kiyevdə yaşayır.
O, ət yarımfabrikatların ticarəti ilə məşğul olan böyük regional şirkətin nümayəndəsi idi. Biznesmen cümə və şənbə günü bütün vilayətdə olan ticarət nöqtələrindən əldə edilən gəliri yığıb, təchizatçı müəssisənin hesabına köçürürdü.
Pulları kişi maşınının baqajında gəzdirirdi, bazar günləri isə pullar onun evində qala bilərdi. Ona görə də milis əməliyyatçıları zərərçəkənə hücumun öncədən əldə edilmiş informasiya əsasında təşkil edilə biləcəyini ehtimal edirlər.
İlham Tağıyev Hersondakı etnik azərbaycanlıların mədəni və ictimai həyatlarında fəal iştirak edirdi, işğal edilmiş Krımdan olan qaçqınlarına - krım tatarlarına həyat qurmaqda və iş tapmaqda kömək edirdi. Onun qətlə yetirilməsi çoxları üçün zərbə oldu. Onlar hesab edirlər ki, biznesmenin qatillərini tezliklə tapıb, həbs edib və qanunun bütün sərtliyi ilə cəzalandırmaq lazımdır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












