Tanınmış hüquqşünas avtomobil qəzasına düşüb

Dünən saat 17.30-da Zabrat-Maştağa yolunda - “Kross” marketin qarşısında avtomobil qəzası olub. Avtosfer.az xəbər verir ki, 10 NF 105 dövlət nömrə nişanlı, «VAZ-21015» markalı avtomobil yüksək sürətlə hərəkət edərkən Mübariz Huseynova məxsus 10 UP 130 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobili arxadan vurub. Azadinform-un əldə etdiyi məlumata görə, qəza yerinə Sabunçu rayon Yol Polis İdarəsinin əməkdaşları gəliblər. Avtomobildə tanınmış hüquqşünas Səməd Vəkilov və FİFA referisi, mərhum Xəlil Hüseynlinin atası Oruc Tarverdiyev da olub, onlar yüngül xəsarət alsalar da xəstəxanaya getməkdən imtina ediblər.
Faktı hüquqşünas Səməd Vəkilov da təsdiqləyib. O bildirib ki, avtomobil qəzasında dünyasını dəyişmiş FİFA referisi, beynəlxalq dərəcəli hakim Xəlil Hüseynlinin atası Oruc Tarverdiyevlə birlikdə olub: «Kross” marketin qarşısında piyada keçidinə yaxınlaşarkən piyadalara yol vermək üçün avtomobilində olduğumuz M.Hüseynov sürəti aşağı saldı. Bu zaman arxadan çox sürətlə gələn maşın isə bizim əyləşdiyimiz avtomobili əzib keçdi, hadisə yerinə DYP əməkdaşları gəldi və qəzanı rəsmiləşdirdilər. Maşına ziyan dəysə də, özümzə ciddi heç nə olmayıb».
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












