Tarif Şurası Bakı-Sumqayıt qatarında gediş haqqına dair təklifi araşdırır

Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarında gediş haqqı ilə bağlı Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamentinin təqdim etdiyi təkliflər Tarif (qiymət) Şurasının Katibliyində araşdırılır. Bu barədə APA-ya İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib. O deyib ki, prosedura uyğun olaraq öncə Tarif Şurasının Katibliyi tərəfindən təkliflərin iqtisadi cəhətdən əsaslandırılmış olub-olmaması araşdırılır. Daha sonra isə məsələ Tarif Şurasının gündəliyinə çıxarılır və Tarif Şurasında kollegial qaydada baxıldıqdan sonra müvafiq qərar verilir: “Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarında gediş haqqı ilə bağlı təkliflərə də Tarif Şurasında kollegial qaydada baxıldıqdan sonra müvafiq qərar veriləcək”.
Qeyd edək ki, bir həftə əvvəl Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamenti Bakı-Sumqayıt qatarında gediş haqqının 50 və ya 70 qəpik müəyyən edilməsi ilə bağlı Tarif Şurasına müraciət edib. Sentyabrın 15-nə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












