TDT ölkələri Bakı–Tbilisi–Qars dəmir yolunun imkanlarından istifadəni genişləndirmək niyyətindədirlər - FOTOLAR

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclasında Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin imkanlarından istifadənin genişləndirilməsi müzakirə olunub.
Bu barədə Avtosfer.az "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir. 30-31 oktyabr tarixlərində keçirilən iclasda ADY-nin sədr müavini Nicat Quliyev iştirak edib.
İclasda, həmçinin TDT dövlət başçılarının 2024-cü ildə qəbul etdikləri Şuşa Bəyannaməsi və 2025-ci ildə qəbul edilmiş Qəbələ Bəyannaməsindən irəli gələn məsələlər, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal nəqliyyat daşımalarının inkişafı, dəmir yolu, liman və nəqliyyat-logistika əməliyyatlarının təşviqi və rəqəmsallaşdırılması, eləcə də Zəngəzur dəhlizinin potensialı kimi məsələlər müzakirə edilib.
İclasda TDT üzv dövlətləri arasında dəmir yolu ilə yük daşımalarının cari vəziyyəti və yük həcmlərinin artırılması perspektivləri nəzərdən keçirilib. Bu kontekstdə tarif siyasəti, infrastrukturun inkişafı, sərhəd keçid məntəqələrinin buraxıcılıq qabiliyyətinin artırılması və milli dəmir yolu şəbəkələrinin qovşaqlarında əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
İştirakçılar nəqliyyat əməliyyatlarının səmərəliliyinin artırılması və TDT regionu daxilində tranzit marşrutlarının rəqabətqabiliyyətinin təmin olunması üçün əlaqələndirilmiş tədbirlərin görülməsinin və region boyunca dayanıqlı və fasiləsiz nəqliyyat zəncirlərinin yaradılmasının zəruriliyini vurğulayıblar.
İclasda TDT-nin dəmir yolları üzrə işçi qrupunun fəaliyyətinin daha da aktivləşdirilməsi və gücləndirilməsi barədə qərar qəbul edilib. Qeyd olunub ki, bu qrupun iclaslarının daha müntəzəm keçirilməsi qəbul edilmiş qərar və təşəbbüslərin əlaqələndirilmiş şəkildə icrasını təmin edəcək.


Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












