TƏBİB-dən rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən sərtləşdirilmiş karantin rejimində avqustun 5-dən etibarən bəzi məhdudiyyətlərin götürülməsinə qərar verilib. Lakin rəsmilər və mütəxəssilər bildirir ki, yumşalma qərarından sonra vətəndaşların məsuliyyəti daha da artır və yoluxmanın təkrar sürətlənməməsi üçün qaydalara daha ciddi əməl edilməlidir.
Avtosfer.az xəbər verir ki, TƏBİB-in Elmi Komitəsinin üzvü, professor Akif Qurbanov “Real” TV-yə müsahibəsində bildirib ki, Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi yoluxma sayının 600-dən 200-dək azaldıb: “Xəstəxanalarda da yerlər boşalır, yükdən azad olunur. Əgər karantin rejimi sərtləşdirilməsəydi, xəstələri yerləşdirməyə yer tapa bilməzdik. Ona görə də karantin rejiminin sərtləşdirilməsi düzgün addım idi. Bu gündən isə icazə sistemi ləğv edildi, çimərliklərə getməyə icazə verildi. İnsanlar hansı çimərliyə gedəcəyini də sıxlığa görə müəyyən etməlidirlər. Çimərliyə gedərkən insanlar çox ehtiyatlı olmalıdılar. Bir gün çimərliyə gedib 3-5 saat dincələndə yoluxsanız, gələndən sonra iki həftə karantində qalıb müalicə olunacaqsınız. Bu sizə lazımdır? Karantin rejimi yumşaldıqdan sonra əvvəlkindən də daha sərt, daha ciddi qaydalara əməl olunmalıdır. Vətəndaşlar mümkün qədər ictimai nəqliyyatdan az istifadə etsinlər və ya istifadə etməsinlər.
Rayonlara getmək qadağası aradan götürülməsi ilə bağlı istəklər çoxdur. Bizim elə rayonlarımız var ki, orada yoluxma yoxdur, amma Bakıda çoxdur. Bakıdan bir nəfər həmin rayona gedib oradakı insanları yoluxdursa, onda bizim üçün yeni infeksiya ocağı yaranacaq. Mən hesab edirəm ki, həmişə belə qalmayacaq, yoluxma sayı müzakirə olunub götür-qoy ediləcək və bu məsələyə baxılacaq. Aprel-may aylarındakı sərt karantin rejimindən sonra yumşalma çox qısa vaxt oldu və yoluxmaların sayı artdı. Bu gün isə maksimum mərhələli şəkildə yumşalmaya gedirik ki, o halı təkrar yaşamayaq. Bu gün rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq və yenə sərtləşmə olacaq. Belə mübarizə olmaz axı. Ona görə insanlar düşünsün ki, bütün bu işlər onların sağlamlığı üçün edilir, heç də bu işlərin arxasında onların bilmədiyi hansısa məsələ yoxdur. Hazırda bütün ölkələrdə karantin qalır. Heç bir ölkə sərhədlərini açmayıb. Əhalisi bizim ölkənin sayına yaxın olan və səhiyyəsi inkişaf etmiş, karantin tətbiq etməyən İsveçdə ölüm sayı Azərbaycandan təxminən 10 dəfə çoxdur”.
"Qarabağ" "Ayntraxt"a qalib gəldi
İslam Səfərli küçəsi piyadalar üçün necə əlverişli ola bilər? – EKSPERT AÇIQLADI
İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib - FOTOLAR
Qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA - FOTO
Ana-bacı söyüşü söyənlər niyə məsuliyyətə cəlb edilmir? – Vəkildən AÇIQLAMA
Elektromobillərin batareyalarını neçə il istifadə etmək mümkünür? - ARAŞDIRMA
“BakuBus” dərin çuxura düşdü, saatlarla orada qaldı - FOTO
Zəbt edilən örüş torpaqları, yox olan "kupça" – ARAŞDIRMA – FOTO - VİDEO
Yollarda xətlənmə işləri aparılacaq - 37 MİLYONLUQ LAYİHƏ
AZAL-ın təyyarə qəzası ilə bağlı hesabat nə vaxt hazır olacaq?
“İctimai nəqliyyatda güzəştlərin tətbiqi məsələsi texniki məsələlərlə sıx bağlıdır” - EKSPERT DANIŞDI











