TƏBİB: Koronavirusun yeni ştammının aşkarlanması üçün...

Koronavirusun yeni ştammının aşkarlanması virus genomununun analizi - sekvenləşdirilməsi ilə müəyyənləşdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetika mütəxəssisi Ağa Rza Ağayevin sözlərinə görə, "Sars COV-2" virusunun genomu bütünlükdə oxunaraq hər nümunə üçün qeyd edilən dəyişikliklər araşdırılır və təsiri öyrənilir: "Bu analizlər yüksək genetik məlumatın əldə olunmasına imkan verən (High throughpout) yeni nəsil sekvenləşdirmə cihazları ilə genetik tədqiqat mərkəzlərində icra olunur. Araşdırmaların xaricdə tətbiq olunan metodlara əsaslanaraq icra olunması planlanmaqdadır. Mövcud ədəbiyyata əsasən, ölkə xaricində də bu araşdırmaların eyni metodlarla icra olunduğu məlumdur", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, koronavirusun (COVID-19) Britaniya, Cənubi Afrika Respublikası və Yaponiyada mutasiya olunmuş növləri aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun mutasiya olunmuş növlərinin artıq 50-dək ölkəyə yayıldığını açıqlayıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












